Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirildi

0

  •          31 mart 2023-cü il tarixdə xocalıların
    kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd
    qəsəbəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa
    keçirildi.

             Tədbirdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, idarə və
    müəssisə rəhbərləri, ziyalılar iştirak etdilər.         Əvvəlcə soyqırım qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda
    canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.         Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini,
    İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı
    şəhər 1 saylı klubun mədəni təşkilatçısı Şahnaz Kərimova, Xocalı rayon
    prokurunun köməkçisi Hikmət Əsədov, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si
    üzrə nümayəndəsi Ramiz Qəhrəmanov, “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik
    hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı rayon ziyalısı Şakir Əliyev mövzu
    ətrafında çıxışlar etdilər.         Çıxış edən natiqlər 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında
    Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı,
    Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər
    ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları
    kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırdılar. Qeyd
    edildi ki, mənfur qonşularımız Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım
    aktları törədiblər. Ballıqaya, Başlıbel, Meşəli faciələri, 44 günlük haqq savaşımızda
    mülki əhalinin raket atəşinə tutulması da erməni təcavüzkarlarının xalqımıza
    qarşı genosid törətmə cəhdlərinə nümunədir. 1992-ci ilin 26 fevralında
    ermənilər Azərbaycanın Xocalı şəhərinin əhalisinə misli görünməyən divan
    tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə
    azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan olunması ilə
    yekunlaşmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla
    törədilmiş Xocalı soyqırımı iki yüz ilə yaxın müddətdə erməni
    şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq həyata
    keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir. Vurğulandı ki, tarixi unutqanlığımızdan ibrət götürməli, necə məkrli düşmənlərlə qonşu
    olduğumuzu indiki və gələcək nəsillərə təbliğ etməliyik.        Həmçinin çıxışlarda ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart
    soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması işinin Ümummilli Lider
    Heydər Əliyevin təşəbbüsü ilə başlandığı diqqətə çatdırıldı. Bildirildi ki,
    1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət
    daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart tarixi
    Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra həmin tarixin
    öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu kitablar yazılıb və əcnəbi
    dillərə tərcümə olunub.          Sonda “Unudulmuş Mart” televiziya filmi nümayiş etdirildi.   
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirildi

    Maraqlı gələ bilər
    53
    61
    49